Camal Qamzatxanov dünya çempionatında yarımfinalda məğlub oldu - YENİLƏNİB
10 Oct 2026, 14:42 22 baxış 3 dəq oxuma
Kişilərin +100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatında növbəti görüşünə çıxıb.
Moderator.az xəbər verir ki, təmsilçimiz yarımfinalda rusiyalı son dünya çempionu İnal Tasoevə məğlub olub.
O, bürünc medal üçün mübarizəni davam etdirəcək.
14:18
Kişilərin +100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatında növbəti görüşünə çıxıb.
Moderator.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda Jur Spikers (Niderland) ilə qarşılaşıb.
Görüşün nəticəsinə əsasən, cüdoçumuz yarımfinala vəsiqə qazanıb.
13:56
Kişilərin +100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatında növbəti görüşünə çıxıb.
Moderator.az xəbər verir ki, təmsilçimiz 1/8 finalda özbəkistanlı Muzaffarbek Turoboyev ilə qarşılaşıb.
Görüşün nəticəsinə əsasən, cüdoçumuz 1/4 finala vəsiqə qazanıb.
13:16
Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/8 finala yüksəlib.
Moderator.az xəbər verir ki, o, 1/16 finalda Nikita Sviridi (Xorvatiya) üstələyib.
Milli üzvü növbəti mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
12:04
Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başlayıb.
Moderator.az xəbər verir ki, kişilərin +100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1/32 final mərhələsində Çili təmsilçisi Fransisko Solislə üz-üzə gəlib.
Qamzatxanov rəqibini ipponla vaxtından əvvəl məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, C.Qamzatxanov 1/16 finalda Xorvatiya cüdoçusu Nikita Sviridlə (Xorvatiya) qarşılaşacaq.