Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanının 4-cü terminalına yenidən mərmi düşüb.


Moderator.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat yayıb.






O, sosial şəbəkədəki paylaşımında mərminin hava limanının 4-cü terminalına düşdüyünü bildirib.


Əl-Maliki əlavə edib ki, hava hücumundan müdafiə sistemləri Ər-Riyad beynəlxalq hava limanı ərazisində qanadlı raketi zərərsizləşdirib.