İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib.
Moderator.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında bildirilib.
"İngiltərə rəsmilərinin "RAF Fairford" aviabazasındakı iddia edilən təhlükəsizlik insidentini İrana aid etmək iddialarını kəskin şəkildə pisləyir və bunu anti-İran kampaniyasını irəlilətmək və Londonun İran xalqına qarşı ABŞ-İsrail hərbi təcavüzündə iştirakına görə məsuliyyətdən boyun qaçırmaq üçün çirkin bir plan hesab edirik", - bəyanatda qeyd olunub.