Panamadakı zəlzələ 6000-dən çox insana təsir göstərib, lakin ölən olmayıb.
 




Moderator.az xəbər verir ki, bu barədə ölkə prezidenti Xose Raul Mulino məlumat yayıb. 
 
"Hazırda 1700 ev yoxlanılıb və 6 174 nəfər zərər çəkib. Bu rəqəm yoxlama davam etdikcə yenilənəcək ", - deyə dövlət başçısı bildirib.
 
Prezident vurğulayıb ki, mütəxəssislər hələ də ziyanın miqyasını qiymətləndirirlər. Hökumət artıq insanları ərzaq və içməli su ilə təmin edir, yolları, nəzarət-buraxılış məntəqələrini və elektrik enerjisini bərpa edir.
 
Xatırladaq ki, oktyabrın 10-da Panamada 7,2 bal gücündə zəlzələ baş verib.