Azərbaycan ilə NATO arasında "Sülh Naminə Tərəfdaşlıq Proqramı" çərçivəsində "Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü" təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub.
 




Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, tədbir planına uyğun olaraq, istirahət günlərində qonaqlar Bakı şəhərinin tarixi-mədəni məkanları və muzeyləri ilə tanış olublar.
 
​Heydər Əliyev Mərkəzini və Zəfər Muzeyini ziyarət edən nümayəndə heyətləri zəngin təəssüratlarla ayrılıblar.