Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olundu və sənədlər mübadilə edildi
13 Oct 2026, 11:45 20 baxış 1 dəq oxuma
Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub.
Moderator.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.