Milli Məclis Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq iqlim tədbirləri ilə əlaqədar Anlaşma Memorandumunu təsdiqləyib.


Moderator.az xəbər verir ki, sənəd parlamentin bu gün keçirilən plenar iclasında deputatların müzakirəsinə təqdim olunub. Razılaşma İqlim Həftəsi-4-ün və Adaptasiya Komitəsinin 30-cu iclasının təşkili ilə bağlıdır. 






Memorandum Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında imzalanıb.


Pərvin Şakirqızı 


Moderator.az/ Redaktor 


Parlament müxbiri