Belçikanın səfiri Mişel Jerebtsoff Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


Moderator.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.






Rusiya XİN-dən bildirilib ki, Moskva bu ölkə rəhbərliyinin Avropaya qarşı hərbi təhdidlər barədə iddialarını rədd edib.


"Moskva Brüsseli anti-Rusiya ritorikasının kəskinliyini azaltmağa çağırıb", - XİN-dən qeyd olunub.