İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə ABŞ Prezidenti Donald Trampla İrana hücumların bərpasının mümkünlüyünü müzakirə edib.
Moderator.az xəbər verir ki, bu barədə İsrail Televiziyasının "12-ci Kanalı" məlumat yayıb.
Bildirilib ki, Vaşinqton İsrail baş nazirinin seçkilərdən əvvəl İrana hücumları bərpa etmək istəyindən məmnun qalmayıb. İsraildə parlament seçkiləri oktyabrın 27-nə planlaşdırılıb.