Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
 




Moderator.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
 
Hal-hazırda yollardakı vəziyyət:
 
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
 
2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
 
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
 
4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 
5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.