Goranboyda baş verən qəzada xəsarət alan şəxslərin adları məlum olub. 
 




Moderator.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində Samir Abdullayev (1998), Elxan Nəsibov (1999), Röyal Məmmədov (1988), S. Bayramov (2024) və daha bir nəfər xəsarət alıb.
 
15:53
 

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 
"VAZ 2107" və "Chevrolet" markalı minik maşınlarının toqquşması nəticəsində 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.