Pentaqon rəhbəri Pit Heqset İsrailə gizli səfər edib və Baş nazir Benyamin Netanyahu ilə görüşüb.
Moderator.az Axios-a istinadən xəbər verir ki, görüş dünən baş tutub. Onun təfərrüatları açıqlanmır.
Portal qeyd edir ki, Heqsetin səfəri ilə bağlı məlumat ABŞ prezidenti Donald Trampın 27 oktyabr 2026-cı il tarixində keçiriləcək İsrail parlament seçkilərində Netanyahuya dəstəyini açıqlamasından bir gün sonra ortaya çıxıb.
Bundan əlavə, görüş İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası ilə bağlı ABŞ-İsrail danışıqları fonunda baş tutub.