Türkiyənin Adıyaman vilayətində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.


Bu barədə Moderator.az yerli mətbuata istinadən xəbər verir.






Hadisə yerinə təcili yardım və jandarm əməkdaşları cəlb olunub. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.


Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.