Azərbaycan Polşa Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunan strateji tərəfdaşlar siyahısına daxil edilib.
Moderator.az bu barədə "Defence24" portalına istinadən xəbər verir.
Məlumata əsasən, strateji tərəfdaş statusu Polşanın xarici siyasəti üçün xüsusi əhəmiyyət kəsb edən əməkdaşlığı, həmçinin beynəlxalq məsələlərdə və təhlükəsizlik sahəsində fəaliyyətlərin birgə koordinasiyasını nəzərdə tutur.
Siyahıda Azərbaycanla yanaşı ABŞ, Kanada, Ukrayna, Türkiyə, Çin, Cənubi Koreya, Yaponiya, Hindistan, Fransa, Böyük Britaniya, İsveç, Rumıniya, Nigeriya və Seneqal da yer alıb.