Oktyabrın 19-da İsveçrənin SWISS aviaşirkətinin Sürix-Şanxay marşrutu üzrə SWR-188 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.


Moderator.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.






Buna səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub.


Qeyd olunub ki, "Airbus A350-900" tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı hava limanına uğurla eniş edib.


"Hava limanında sərnişinə tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib. Reysin davam etdirilməsi hava gəmisinin kapitanının qərarına əsasən həyata keçiriləcək", - məlumatda bildirilib.