Nazirlər Kabineti bərpaolunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının (GES) tikintisinə icazə alınması müddətinin uzadılması haqqında qərar qəbul edib.


Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.






Qərara əsasən, hökumətin "Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında" 15 noyabr 2024-cü il tarixli qərarı ilə Füzuli rayonunun inzibati ərazisində yerləşən bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyalarının tikintisinə icazə alınmasının müddəti "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" qanunun 6.7-ci maddəsinə uyğun olaraq bir il müddətinə uzadılıb.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.