Asim Mollazadə: “Bu cür görüşlər orduda şəfaflığın artırılması, qanunçuluğun möhkəmlənməsi baxımından da həyati əhəmiyyət kəsb edir”
Məlum olduğu kimi, Hərbi Prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Laçın rayonunda yerləşən bölmələrində hərbi qulluqçularla görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin tarixi əhəmiyyətinə toxunan Hərbi Prokuror Bəhruz Əhmədov, Baş Prokurorun tapşırıq və tövsiyyələrini də hərbçilərin nəzərinə çatdırıb.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə Hərbi Prokurorun bu kimi görüşlərinin olduqca mühüm əhəmiyyətə malik olduğunu bildirib:
“Hərbi Prokurorun hərbi qulluqçularla mütəmadi şəkildə görüşməsi, onların vəziyyəti ilə yerindəcə tanış olması olduqca vacib və əhəmiyyətli bir məsələdir. Hərbi qulluqçularla keçirilən bu cür görüşlər, onlarla aparılan söhbətlər hərbi hissə və birləşmələrdə qanunçuluq və nizam-intizamın möhkəmlənməsi baxımından böyük önəm kəsb edir.
Bu cür görüşlər həm də ordu daxilində şəfafflığın arıtırlması, neqativ meyillər üçün mümkün əlverişli zəminin ortadan qaldırılması, ehtimal edilən cinayət və qanunsuzluğun qarşısının öncədən alınması, bu istiqamətəd profilaktiki tədbirlərin göğrülməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrində nizam-intizamın güclənməsində, mənəvi-psixoloji hazırlığın möhkəmlənməsində, şəffaflığın artırılmasında Hərbi Prokurorluğun böyük rolu var. Hesab edirəm ki, Hərbi Prokurorluq tərəfindən atılan bu kimi addımlar Silahlı Qüvvələrimizin daha da güclənməsinə bundan sonra da öz töhfəsini verəcək, ordumuzda dəmir nizam-intizamın qorunmasını təmin edəcək”.
Seymur ƏLİYEV