Qəbələ rayonunun bəzi ərazilərində qaz təchizatının verilişində fasilə yaranacaq.


Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.






Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 20.10.2026-cı il tarixində saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ rayonu 20 Yanvar, H.Əliyev, M.Mərdanov və S.Kərimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.