Almaniya Xarici İşlər Nazirliyi İranla əlaqəli olduğu bildirilən iki şəxsin yəhudi və İsrailyönlü ictimai xadimlərə qarşı sui-qəsd planına görə məhkum edilməsindən sonra İranın Berlindəki səfirini nazirliyə çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.
Bildirilib ki, Hamburq məhkəməsi ötən həftə Danimarka vətəndaşını 8 il 6 ay, Əfqanıstan vətəndaşını isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onların Almaniyadakı Yəhudilər Mərkəzi Şurasının prezidenti Josef Şuster və Almaniya-İsrail Cəmiyyətinin rəhbəri Volker Bekə qarşı hücum hazırlığında iştirak etdiyini müəyyən edib.
Almaniya Xarici İşlər Nazirliyi bildirib ki, Berlin İranın fəaliyyətini ən sərt şəkildə pisləyir və Tehranın “azad cəmiyyəti təhdid etməsinə” imkan verməyəcək.