2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb.


Moderator.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.






Bildirilib ki, araşdırmanın məqsədi iştirakçıların imtahan prosesini necə qavradığını və bu qavrayışa təsir edən psixoloji, sosial və informasiya amillərini öyrənmək olub.


"Əsas təhlil üç respondent qrupunu əhatə edib: cari ilin 18 717 məzunu, əvvəlki illərin 592 məzunu və qəbul imtahanından sonra sorğuda iştirak edən 839 respondent.


Bundan əlavə, 2026-cı il ərzində müxtəlif imtahanlardan dərhal sonra keçirilən 64 sorğuda ümumilikdə 15 494 iştirakçının rəyi öyrənilib.


Sorğular zamanı imtahan şəraiti, nəzarətçilərin fəaliyyəti, tapşırıqların anlaşıqlığı, texniki və təşkilati məsələlər, eləcə də ümumi imtahan təcrübəsi ilə bağlı fikirlər toplanıb.


Əsas sorğularda subyektiv çətinlik, anlaşıqlıq, etimad, stres, sosial təzyiq, imtahan və qəbul sistemi haqqında təsəvvürlər, həmçinin ixtisas seçiminə təsir edən amillər təhlil edilib.


Araşdırma imtahan təcrübəsinin yalnız tapşırıqların xüsusiyyətləri və çətinlik səviyyəsi ilə məhdudlaşmadığını, müxtəlif psixoloji və sosial amillərlə də əlaqəli olduğunu öyrənməyə imkan verib.


Təhlil zamanı imtahanın obyektiv çətinliyi ilə iştirakçıların onu subyektiv olaraq necə qiymətləndirməsi arasındakı fərqə də diqqət yetirilib", - məlumatda vurğulanıb.


Qeyd edilib ki, araşdırmanın nəticələri ilə keçid vasitəsilə tanış ola bilərsiniz.