Elm və təhsil naziri Emin Əmrullayev Almaniya Federativ Respublikasının Saksoniya federal torpağının elm naziri Sebastian Qemkov ilə görüşüb.
Bu barədə Moderator.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində Almaniya Federativ Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.