İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
 




Bu barədə Moderator.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
 
Oktyabr ayının 18-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 485 qram olan narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
 
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.