"Barselona" klubunun müdafiəçisi Xavi Espart UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.
 




Moderator.az xəbər verir ki, 19 yaşlı futbolçu turnirin Liqa mərhələsinin III turunda Fransada PSJ-yə 2:4 hesabı ilə məğlub olduqları oyunda fərqlənib.
 
Belə ki, 19 yaş 152 günlük olarkən qol vuran Xavi Espart Çempionlar Liqasında fərqlənən ən gənc ispan müdafiəçi olub.
 
O bu göstəricidə "Real Madrid"in sabiq futbolçusu Serxio Ramosu geridə qoyub. Ramos 2005-ci ildə 19 yaş 251 günlük olarkən "Olimpiakos"la matçda qol vurmuşdu.