Rəvan Qarayevin xanımı Səbinə Nurəliyeva onunla ailə qurmaq qərarına necə gəldiyindən danışıb.
 




Moderator.az xəbər verir ki, pediatr-nevroloq “İncə səhər” verilişində müğənni ərinin xarakterinin və şəxsi keyfiyyətlərinin münasibətlərində mühüm rol oynadığını bildirib:
 
“Rəvanın keyfiyyətləri mənim üçün önəmli idi. Onun xarakteri, xasiyyəti həm mənim peşəmə, həm öz xarakterimə, həm də sərhədlərimə uyğun olmasaydı, əlbəttə ki, münasibətimiz olmazdı”. 
 
S.Nurəliyeva qeyd edib ki, ərinin müğənni olması onun üçün əsas meyar deyil:
 
“Rəvan müğənni olsa da, o, hər şeydən əvvəl bir insandır. Onun müğənni olması münasibətimizə təsir edən əsas amil deyil. Bəzən insanlar müğənniləri və ya müəyyən peşə sahiblərini qeyri-ciddi hesab edə bilərlər. Amma onlar da insandırlar, onlarla da münasibət qurmaq, ailə həyatı yaşamaq mümkündür. Mən də sanki bunun mümkün olduğunu göstərdim. Sadəcə, bəzən cəmiyyət belə münasibətləri qəbul etməkdə çətinlik çəkir. Məsələn, həkim mütləq həkimləmi ailə qurmalıdır? Belə bir qayda və ya tələb yoxdur”.