Abşeronda kişi sevgilisini döyüb.
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.
65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə irad bildirməsi olub. Bu irad kişinin xoşuna gəlməyib və tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Murad qadının baş, qol, boyun və sifət nahiyələrinə ardıcıl zərbələr vurub. Nəticədə qadın bir sıra xəsarətlər alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını deyib. Zərərçəkən qadın da, həmçinin Muradı bağışladığını və ona qarşı şikayətçi olmadığını bildirib.
Məhkəmə cinayət işinə xitam verib və M.Şükürov məsuliyyətdən azad olunub.