Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 




Moderator.az Orxan Məmmədovun dosyesini təqdim edir:
 
36 yaşlı Orxan Məmmədov dövlət idarəçiliyi və hüquq sahəsində geniş təcrübəyə malikdir.
 
O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunudur. Daha sonra Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsini bitirərək ikinci ali təhsilə yiyələnib. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistratura təhsili alıb.
 
O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Bura qədər isə o, həmin icra hakimiyyətində hüquq şöbəsinin müdiri olub.
 
İdarəçilik sistemində müxtəlif məsul vəzifələrdə çalışan Orxan Məmmədov artıq Yardımlı rayonunun icra hakimiyyətinə rəhbərlik edəcək.
 
Qeyd edək ki, Yardımlının əvvəlki icra başçısı Ayaz Nəriman oğlu Əsgərov olub. O, doqquz ildən çox rayona rəhbərlik edib. Ayaz Əsgərov Prezidentin 15 sentyabr 2026-cı il tarixli sərəncamı ilə vəzifəsindən azad olunub.