Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
22 Oct 2026, 14:47 2 baxış 1 dəq oxuma
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyəti Müşahidə Şurasının ilk iclası keçirilib.
Bu barədə Moderator.az-a Regional Su Meliorasiya QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iclasda Regional Su Meliorasiya Xidmətinin Prezidentin sərəncamı ilə publik hüquqi şəxsdən QSC-yə çevrilməsi prosedurunun qaydalara uyğun şəkildə icra olunduğu, yeni statusun regionların su təchizatının idarə olunmasında daha effektiv nəticələr verə biləcəyinin detalları müzakirə edilib.
İclasda Regional Su Meliorasiya QSC-yə icraçı direktorun təyinatı gerçəkləşib. Müşahidə Şurasının qərarına əsasən qurumun sədr müavini Elçin Zahid oğlu Məmmədov ADSEA-nın tabeliyidəki Regional Su Meliorasiya QSC-nin icraçı direktoru təyin olunub.
Onu da qeyd edək ki, Regional Su Meliorasiya Xidməti PHŞ-nin keçmiş sədri Zakir Bəybala oğlu Quliyev ADSEA sədrinin əmrinə əsasən Agentlik sədrinin müşaviri təyin edilib.