İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə növbəti köç karvanı yola salınıb.
Moderator.az xəbər verir ki, bu mərhələdə 44 ailə olmaqla 176 nəfər doğma yurda yola düşüb.
Onlardan Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürülür.
Ailələr Ağdam rayonunun Dördyol adlanan ərazisindən yola salınıb.
Köçürülən sakinlər indiyədək respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıb.