Hacıqabul rayonunun Udullu kəndində nar yığımına başlanılıb.
 




Moderator.az APA TV-yə istinadən xəbər verir ki, kənd sakinlərinin əsas dolanışıq mənbəyi narçılıqdır.
 
Udullu narı keyfiyyəti və uzun müddət saxlanılması ilə fərqlənir. Sakinlərin sözlərinə görə, məhsulu may ayına qədər qorumaq mümkündür.
 
Təsərrüfat sahibləri yetişdirdikləri narı satışa çıxarır, aşağı keyfiyyətli məhsulları isə şirə zavodlarına göndərirlər.
 
Ərazidə təxminən 2 min hektar nar bağından hər il 10 min tondan çox məhsul tədarük edilir.
 
Su çatışmazlığına qarşı kiçik anbarlar və gölməçələr yaradılıb.
 
Kənddə narçılığın əhəmiyyətini göstərən maraqlı deyim də var: “Nar bağı olmayana qız da vermirlər”.