Bu gün Misli Premyer Liqasında IX turun oyunları start götürür.
 




Moderator.az xəbər verir ki, turun ilk qarşılaşmasında "Araz-Naxçıvan" "Qəbələ"ni qəbul edəcək.
 
Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 15:00-da başlayacaq.
 
Günün digər matçında isə "Zirə" "Sumqayıt"la üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.
 
Misli Premyer Liqası
 
IX tur
 
23 oktyabr
 
15:00. "Araz-Naxçıvan" - "Qəbələ";
 
19:00. "Zirə" - "Sumqayıt".