Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsi və büdcəyə aid olan qanun layihələri Milli Məclisə daxil olub.
Moderator.az xəbər verir ki, sənəd parlamentin iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri son proqnozlara əsasən 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində gözlənilir.