ABŞ Prezidenti Donald Tramp “SpaceX” şirkətinin təsisçisi İlon Maskdan Ukraynanın “Starlink” hərbi peyk rabitə sisteminə çıxışına qoyulan məhdudiyyətləri aradan qaldırmasını istəyib.
Moderator.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrinə istinadla məlumat yayıb.
Qəzetin məlumatına görə, Tramp və Mask arasında söhbətdən qısa müddət sonra sistemlər işləməyə başlayıb. Bununla belə, rabitə sisteminin sürəti tam bərpa olunmayıb.