Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, sabah ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffdan Rusiya ilə danışıqların nəticələri barədə ətraflı hesabat gözləyir.
Moderator.az xəbər verir ki, Zelenski bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
Zelenski onu da qeyd edib ki, bundan sonra Ukrayna, ABŞ və Avropa nümayəndələrinin iştirakı ilə birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.
Bununla yanaşı, noyabr ayında ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə texniki səviyyədə üçtərəfli görüşün keçirilməsi ehtimalı da müzakirə olunur.