Neftçala rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Pirətəvana gedən yolda qeydə alınıb.
İlkin məlumata əsasən, Həsənabad qəsəbəsində qeydiyyatda olan, Neftçala şəhəri R. Həsənov küçəsində yaşayan 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb.
Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb, faktla bağlı araşdırma aparılır.