Ukraynanın “Starshield” peyk sisteminə çıxışı ilə bağlı əsas məsələ İlon Maskın deyil, ABŞ-ın mövqeyidir.


Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərin suallarını cavablandırarkən deyib.








“Mən hesab edirəm ki, İlon Mask özəl korporasiyaya rəhbərlik edir və onun iki ölkə arasındakı münaqişəyə qarışmaq istəməməsi mənə tamamilə aydın görünür. Məncə, məsələ İlonla bağlı deyil. Əsas məsələ ABŞ-ın Ukrayna və Rusiya ilə bağlı hansı mövqedə olmasıdır”, – Vens qeyd edib.