UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.


Moderator.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.






Azarkeşlərin səsverməsinə əsasən, bu ada İngiltərənin "Mançester Siti" klubundan Fil Foden layiq görülüb.


26 yaşlı yarımmüdafiəçi Yunanıstanın AEK klubuna 5:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.