Həm Rusiya, həm də Ukrayna danışıqlar masasına oturmağa razıdır.
Moderator.az xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərin suallarını cavablandırarkən deyib.
Vens ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun danışıqları canlandırmağa nail olduğunu bildirib.
ABŞ-ın Vitse-prezidenti qeyd edib ki, Uitkoff Ukrayna və Rusiya ilə danışıqların nəticələrindən nikbindir.
“Düşünürəm ki, hər iki ölkə danışıqlar masasına oturmağa razılaşıb”, – Vens vurğulayıb.