Albaniya parlamentinin bugünkü iclası Sosialist və Demokrat partiyalarından olan deputatlar arasında dava ilə başa çatıb.


Moderator.az CNA-ya istinadən xəbər verir ki, sessiya zamanı parlamentarilər bir-birini təhqir ediblər.






Müxalifət deputatları gündəliyin müzakirəsini bloklamağa çalışdıqları halda, çoxluğun nümayəndələri gündəliyə daxil edilmiş qanun layihələrinə səs verməyə davam ediblər.