Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi küçə-yol şəbəkəsində ümumi istismar üçün nəzərdə tutulmayan, hüquqi və fiziki şəxslərin istifadəsində olan texnoloji və digər mexaniki nəqliyyat vasitələrinə texniki baxış keçirir.
Moderator.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıya əsasən, FHN-in dövlət qeydiyyatına və texniki baxışına aid edilən texnikalara aşağıdakılar daxildir:
- Yol-tikinti və dağ-mədən texnikaları: Vərdənələr, buldozerlər, qreyderlər, skreyperlər, asfaltqaşıyanlar, asfaltdöşəyənlər, yol freyzerləri, borudüzənlər, boruəyənlər, çalaqazanlar;
- Yükləyici və qaldırıcı mexanizmlər: Avtoyükləyicilər, müxtəlif növ yükləyicilər, qaldırıcı texnologiyalar (kranlar və s.);
- Traktor və ekskavator qurğuları: Kənd təsərrüfatı və meşə təsərrüfatı traktorları istisna olmaqla, digər sahələrdə (məsələn, sənaye və tikintidə) istifadə olunan traktorlar, ekskavatorlar, tırtıllı və təkərli mexanizmlər.
- Digər xüsusi texnikalar: Kompressor stansiyaları, təkərli aqreqatlar, elektrik generatorları, qartəmizləyən və yolsüpürən xüsusi vasitələr, elektromühərrikli və müvafiq qoşqulu texnoloji nəqliyyat vasitələri.
Qeyd: İstehsal tarixi bir ildən az olan yeni texnoloji nəqliyyat vasitələri ilk dövr üçün texniki baxışdan azaddır, digərləri isə ildə bir dəfə baxışdan keçirilməlidir.(oxu.az)