Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafında maraqlıdır.


Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev Estoniya parlamentinin deputatı, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mariya Yufereva-Skuratovski ilə görüşün yekunlarına dair "Facebook"da yazıb.






Diplomat parlament diplomatiyasının iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.