Çinin Tibet bölgəsində baş verən 7 bal gücündə zəlzələ nəticəsində 16 nəfər həyatını itirib, daha 65 nəfər isə xəsarət alıb.





 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi operativ qərargaha istinadən məlumat yayıb.
 
Təbii fəlakətlərin qarşısının alınması, nəticələrinin minimuma endirilməsi və zərərçəkmişlərə yardım göstərilməsi üzrə regional komitə zəlzələ ilə əlaqədar olaraq üçüncü səviyyəli fövqəladə hal rejimini aktivləşdirib.
 
Hazırda yeraltı təkanların vurduğu ziyanın qiymətləndirilməsi həyata keçirilir və axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Operativ qərargahın məlumatına görə, zəlzələdən sonra 12 mindən çox sakin təxliyə edilib.