Tovuzda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib.
 




Moderator.az xəbər verir ki, hadisə Tovuz şəhərinin Xəqani küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə yerləşən hündürmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə Nadir Hüseynovun yeddi aylıq övladı qapı bağlanaraq evdə qalıb.
 
Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilas-ediciləri və təcili tibbi yardım briqadası cəlb olunub. Azyaşlı FHN əməkdaşları tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Məlumata görə, azyaşlının səhətində heç bir problem yoxdur. İlkin məlumata görə, hadisə valideynin ehtiyatsızlığından baş verib.
 
Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.
 
Faktla bağlı araşdırma aparılır.