Misli Premyer Liqasının 9-cu turunda "Qarabağ" ilə üz-üzə gələcək "Sabah"ın heyətində son durum bəlli olub.
 




Moderator.az bildirir ki, klubun sözçüsü Elnur Həmidovun Fanat.az-a verdiyi məlumata görə, hazırda "bayquşlar"ın sıralarında cəzalı və ya zədəli futbolçu yoxdur.
 
O, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektivin "Qarabağ" ilə görüşə tam heyətlə hazırlaşdığını söyləyib.
 
"Sabah" bu gün "Qarabağ"ı doğma meydanda qəbul edəcək. Qarşılaşmanın start fiti saat 18:00-da səsləndiriləcək.
 
Xatırladaq ki, "bayquşlar" 4 gün əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Borussiya Dortmund"a (Borussia Dortmund) 1:2 hesabı ilə məğlub olub.