Məlumatı "Əl-Hadath" televiziya kanalı yayıb.
Vurulan nəqliyyat vasitəsinin "Hizbullah" qruplaşmasının üzvlərindən birinə aid olduğu bildirilir. Partlayış zamanı dəniz kənarında qurulmuş çadırlarda yatan qaçqınlar da həlak olublar.
Gecə saatlarında Beyrutun Ramlet əl-Beida istiqamətində hərəkət edən təcili tibbi yardım avtomobillərinin həyəcan siqnalları fasiləsiz olaraq eşidilib.