İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xarq adasında təhlükəsizlik bərpa olunub.


Moderator.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Milli Təhlükəsizlik Şurası məlumat yayıb.






"Xarqda təhlükəsizlik tamamilə bərqərar olunub və neft ixracı da problemsiz, fasiləsiz həyata keçirilir",- məlumatda qeyd olunub.


Bildirilib ki, ordunun müdafiə hazırlığı yüksək səviyyəsindədir və bütün hücumlara sarsıdıcı cavab veriləcək.


Qeyd edək ki, İran martın 19-da obyektlərə təkrar hücumlar olacağı təqdirdə Yaxın Şərqdə ABŞ-nin müttəfiqi olan ölkələrin enerji infrastrukturunu tamamilə məhv etməyə hazır olduğunu bəyan edib. Buna səbəb martın 18-də ABŞ və İsrail qoşunlarının İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xarq adasına, eləcə də hazırda dünyanın ən böyük qaz yatağı olan "Cənubi Pars"ın obyektlərinə zərbələr endirməsidir.