Moldova parlamenti MDB Nizamnaməsindən çıxmaqla bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.


Moderator.az xəbər verir ki, bu qərar qanunverici orqanın saytında yayımlanan iclasda qəbul edilib.






Qətnamədə deyilir ki, 1993-cü il yanvarın 22-də Minskdə qəbul edilmiş Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsi ləğv edilsin.


Qeyd edək ki, 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rusiya ordusunun bu ölkəyə hərbi müdaxiləsindən sonra həmin qurumun üzvlüyündən çıxıb.


Eyni zamanda Ukrayna 2014-cü ilin mart ayında Rusiya ordusunun Krımı ilhaq etməsindən sonra həmin qurumun üzvlüyündən çıxıb.