“Bu gün Rusiyanın dünyada Rusiya, Rusiya Günündə hansı gündəsən?.. - ARAŞDIRMA ən yaxın hərbi-siyasi tərəfdaşları Şimali Koreya, İran və Belarusdur. Bir vaxtlar “G8” (Böyük Səkkizlik) üzvü olan dövlət hazırda beynəlxalq sanksiyalar altında olan rejimlərlə eyni cərgədədir…”
“Ölkə İkinci Dünya müharibəsindən bəri ən böyük canlı qüvvə və texnika itkisinə uğrayıb...”




 
“Rusiya Avropa Şurasından çıxarılıb, insan hüquqları və digər beynəlxalq platformalarda səs hüququnu itirib. Beynəlxalq Cinayət Məhkəməsi Rusiya rəhbərliyi barəsində həbs qərarı çıxarıb…”
 
“Beynəlxalq araşdırma mərkəzlərinin (o cümlədən “CSIS” və “Russia Matters” hesabatlarının) qiymətləndirmələrinə görə, Rusiyanın müharibədəki ümumi hərbi itkiləri (ölü və yaralılar) 1 milyondan çoxdur...”
 
“Rusiya Böyük Pyotr və Yekaterinanın 300 il ərzində qurduğu "Avropa dövləti" statusunu birdəfəlik itirərək, Asiyanın və Çinin geosiyasi kölgəsinə sığınan, daxildən isə hərbiləşmiş qapalı bir dövlətə çevrilmişdir…”
 
“Postsovet ölkələrinin, o cümlədən Azərbaycanın bugünkü şəraitdə Rusiyaya inteqrasiya olunması strateji baxımdan riskli və dövlət maraqlarına uyğun olmayan bir addımdır, lakin...”
 
Bu gün – 12 iyun  Rusiya Federasiyasında Rusiya Günü- dövlət bayramı kimi qeyd olunur Ancaq bu sınıq-salxaq imperiyanı guya idarə edən işğalçı Putin rejimi bu gün Ukrayna dronlarının qorxusundan Qırmızı meydanda ənənəvi konsertini keçirə bilmədi... Odur ki, gəlin görək, belə bir günü ən azı virtual hay-küylə qeyd edən Rusiya real olaraq nə gündədir?..

Onsuz da, heç nə Çar, nə Sovet dövründə normal bir gün görməyən Rusiya Putin hakimiyyəti dövründə, xüsusən də qonşu Ukraynaya təcavüzə başladığı son 5 ildə iqtisadi və siyasi baxımdan dərin müharibə iqtisadiyyatının yaratdığı ciddi məhdudiyyətlər və beynəlxalq təcrid şəraitindədir. İllərlə davam edən hərbi əməliyyatlar maliyyə ehtiyatlarını əhəmiyyətli dərəcədə tükəndirib və ölkə iqtisadiyyatını Çindən asılı vəziyyətə salıb.
 
Rusiyanın hazırkı durumu:
 
İqtisadi durğunluq: 
 
Tənqidçilər və iqtisadçılar hərbi xərclər hesabına yaradılan süni iqtisadi artımın artıq potensialının sonuna çatdığını bildirirlər. Ölkədə artan inflyasiya və ciddi kadr çatışmazlığı fonunda hökumətin iqtisadi artım proqnozları minimuma (0.4%-ə) enib.
 
Sanksiyaların təsiri: 
 
Qərb ölkələrinin tətbiq etdiyi sərt sanksiyalar, əsasən də enerji gəlirlərinin azalması və "kölgə donanması" kimi neft ixracı kanallarına yönələn təzyiqlər dövlət büdcəsinə ciddi zərbə vurur. Rusiyanın Milli Rifah Fondu kimi əsas likvid ehtiyatları əhəmiyyətli dərəcədə əriyib. 
 
Sosial və daxili siyasi vəziyyət: 
 
Siyasi səhnə tamamilə Kremlin nəzarətində olsa da, sentyabr parlament seçkiləri ərəfəsində artan inflyasiya və internetə tətbiq edilən qadağalar cəmiyyətdə gizli narazılıqlar yaradır. Eyni zamanda, ilboyu davam edən hərbi çağırışlar və sərhədyanı regionlardakı silahlı insidentlər (məsələn, Bryansk bölgəsində) gündəlik həyata təsir edir…
 
Rusiyanın Ukraynaya qarşı başlatdığı və artıq 5-ci ilinə qədəm qoyan genişmiqyaslı təcavüzü ölkəni tarixi hərbi itkilər, dərin iqtisadi böhran və cəmiyyətin daxili deqradasiyası ilə üz-üzə qoyub. Kremlin ilkin olaraq "bir neçə günlük" planlaşdırdığı hərbi yürüş, bu gün Rusiya Federasiyasının özü üçün uzunmüddətli bir tükənmə xəstəliyinə çevrilib. 
 
Müharibənin Rusiyaya vurduğu əsas strateji zərbələr:

Ölkə İkinci Dünya müharibəsindən bəri ən böyük canlı qüvvə və texnika itkisinə uğrayıb.
 
Milyonluq ordu itkisi: 
 
Beynəlxalq araşdırma mərkəzlərinin (o cümlədən “CSIS” və “Russia Matters” hesabatlarının) qiymətləndirmələrinə görə, Rusiyanın müharibədəki ümumi hərbi itkiləri (ölü və yaralılar) 1 milyondan çoxdur. Ukrayna mənbələri isə bu rəqəmin daha yüksək olduğunu qeyd edir. 
 
Texnika qəbiristanlığı: 
 
Rusiya ordusu 14 mindən çox tank və zirehli maşın, həmçinin yüzlərlə təyyarə və Qara dəniz donanmasının əhəmiyyətli hissəsini (30-dan çox gəmi) itirib. Sovet dövründən qalan hərbi anbarlar sürətlə boşalır… 
 
Milli sərvətlərin əriməsi: 
 
Kiel İnstitutunun iyun hesabatına əsasən, Rusiyanın "təhlükəsizlik yastığı" sayılan Milli Rifah Fondunun likvid aktivləri müharibənin əvvəlindəki 6.5%-dən 1.8%-ə qədər daralıb…
 
Gəlirlərin çökməsi: 
 
Qərb sanksiyaları və neft qiymətlərinə qoyulan məhdudiyyətlər səbəbindən Rusiyanın neft-qaz gəlirləri təkcə cari ilin ilk rübündə 45% azalıb. Ölkənin illik iqtisadi artım proqnozu isə kəskin azaldılaraq 0.4%-ə endirilib…
 
Çindən tam asılılıq: 

Rusiya iqtisadiyyatı müstəqilliyini itirərək Çinin diktə etdiyi şərtlərdən, onun texnologiya və maliyyə bazarlarından tamamilə asılı vəziyyətə düşüb…
 
Müharibənin Rusiya daxilinə sıçraması:
 
Sərhədlərin müdafiəsizliyi: 
 
Ukrayna müharibəsi artıq Rusiyanın öz şəhərlərinə köçüb. Ukraynanın uzaqmənzilli dron zərbələri Rusiyanın daxilindəki (Volqoqrad, Ust-Luqa, Primorsk) neft terminallarını, rafinə zavodlarını və hərbi obyektlərini mütəmadi olaraq sıradan çıxarır. Bu da ölkə daxilində yanacaq qıtlığına və bahalaşmaya yol açır…
 
Sosial və demoqrafik fəlakət: 
 
Müharibənin ilk dalğasında 1 milyona yaxın ixtisaslı kadr və gənc ölkəni tərk edib. Səfərbərlik və cəbhədəki itkilər fonunda ölkədə tarixi işçi qüvvəsi çatışmazlığı yaranıb… 
“RAND” korporasiyasının təhlillərinə görə, cəmiyyətdə cinayətkarlıq, korrupsiya və ağır siyasi repressiyalar pik həddə çatıb…
 
Bəs sırf geo-siyasi baxımdan Rusiya hansı gündədir?..
 
Rusiya imperiya iddiaları ilə başladığı bu təcavüzün 5-ci ilində hərbi cəhətdən zəifləmiş, iqtisadi ehtiyatları tükənmiş, qlobal arenada təcrid olunmuş və gələcəyini Çinə girov qoymuş bir dövlətə çevrilib… 
 
Sırf geo-siyasi baxımdan Rusiya son 35 ildə (1991-ci ildə SSRİ-nin dağılmasından bu yana) supergüc statusunu itirərək regional güc səviyyəsinə enmiş, öz tarixi təsir dairələrini tamamilə Qərbə güzəştə getmiş və qlobal arenada Çinin "kiçik tərəfdaşına" çevrilmişdir. 
 
Kremlin Ukraynaya qarşı başlatdığı müharibə isə bu geo-siyasi sarsıntını geriyə dönməz fəlakət mərhələsinə çatdırıb. Rusiyanın son 35 ildə yaşadığı geo-siyasi tənəzzülü 4 əsas istiqamətdə qruplaşdırmaq olar:

1. Bufer zonaların itirilməsi və NATO-nun Şərqə doğru genişlənməsi
 
Tarixi sərhədlərin itirilməsi: 
 
1991-ci ildə SSRİ-nin süqutu ilə Moskva əsrlər boyu nəzarət etdiyi 5 milyon kvadrat kilometrdən çox ərazini və strateji bufer zonalarını itirdi.
 
NATO-nun qapıya dayanması: 
 
Moskvanın "qırmızı xətt" elan etdiyi hər şey iflasa uğradı. Keçmiş Varşava Müqaviləsi Təşkilatı üzvləri (Polşa, Macarıstan, Rumıniya) və Baltikyanı ölkələr NATO-ya daxil oldu…
 
Baltik dənizinin "NATO gölü"nə çevrilməsi: 
 
Rusiyanın 2022-ci il təcavüzündən sonra Finlandiya və İsveçin alyansa qoşulması ilə Rusiyanın şimal-qərb cinahı tamamilə bloklandı. Sankt-Peterburq və Kalininqrad geo-siyasi mühasirəyə düşdü.
 
2. Post-sovet məkanında təsir rıçaqlarının tamamilə iflası:
 
Ukraynanın əbədi itirilməsi: 
 
Kremlin Ukraynanı öz təsirində saxlamaq üçün başlatdığı müharibə əks-effekt verdi. Ukrayna artıq rəsmən Avropa İttifaqına namizəd statusu alıb və NATO ilə tam inteqrasiya edib. Moskva slavyan dünyasının mərkəzi hesab etdiyi bir xalqı özünə əbədi düşmən etdi.
 
Cənubi Qafqaz və Mərkəzi Asiyanın qaçışı: 
 
Rusiya artıq bu bölgələrdə yeganə hakim güc deyil. Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi, Avropa İttifaqının Ermənistandakı missiyası Moskvanın Qafqazdakı rıçaqlarını zəiflədib…Ermənistandakı son parlament seçkiləri bunun bariz nümunəsidir…
 Mərkəzi Asiya ölkələri (xüsusilə Qazaxıstan) isə iqtisadi və siyasi olaraq sürətlə Çin və Qərbə inteqrasiya edir…
 
KTMT-nin iflici: 
 
Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KMTT) kağız üzərində qalıb, Ermənistan kimi üzvlər onun fəaliyyətini faktiki olaraq dondurub…
 
3. Avropadan tam təcrid və qlobal təklənmə:
 
Enerji silahının məhvi: 
 
Rusiya 50 il ərzində qurduğu və Avropanı asılı vəziyyətdə saxladığı enerji şəbəkəsini (qaz kəmərlərini) tamamilə itirdi. Avropa Rusiyadan enerji asılılığına son qoydu.Yaxın tərəfdaşların "marqinal" dövlətlər olması: Bu gün Rusiyanın dünyada ən yaxın hərbi-siyasi tərəfdaşları Şimali Koreya, İran və Belarusdur. Bir vaxtlar “G8” (Böyük Səkkizlik) üzvü olan dövlət hazırda beynəlxalq sanksiyalar altında olan rejimlərlə eyni cərgədədir…
 
Qlobal institutlardan qovulma: 
 
Rusiya Avropa Şurasından çıxarılıb, insan hüquqları və digər beynəlxalq platformalarda səs hüququnu itirib. Beynəlxalq Cinayət Məhkəməsi Rusiya rəhbərliyi barəsində həbs qərarı çıxarıb…
 
4. Çinin "kiçik tərəfdaşına" (vassalına) çevrilməsi:
 
Strateji asılılıq: 
 
Moskva Qərblə bütün körpüləri yandırdıqdan sonra Çindən tamamilə asılı vəziyyətə düşüb. Rusiya hazırda Çinə öz təbii resurslarını (neft, qaz, meşə) ucuz qiymətə satmaqla dolanan, lakin Pekinin qlobal qərarlarına heç bir təsir göstərə bilməyən subyektə çevrilib. 
Geo-siyasi dildə Rusiya artıq müstəqil qütb deyil, Çinin Qərblə qarşıdurmasında istifadə etdiyi bir alətdir…
 
Yekun nəticə:
 
İstər siyasi, istər iqtisadi, istər elmi, texnoloji, istərsə də sırf geo-siyasi baxımdan Rusiya son 35 ildə tarixin ən böyük geriləmələrindən birini yaşayıb. Rusiya Böyük Pyotr və Yekaterinanın 300 il ərzində qurduğu "Avropa dövləti" statusunu birdəfəlik itirərək, Asiyanın və Çinin geosiyasi kölgəsinə sığınan, daxildən isə hərbiləşmiş qapalı bir dövlətə çevrilmişdir…

Bəs belə bir ölkə ilə strateji əməkdaşlığa, inteqrasiyaya getmək nə dərəcədə məqsədəuyğundur?..
 
Postsovet ölkələrinin, o cümlədən Azərbaycanın bugünkü şəraitdə Rusiyaya inteqrasiya olunması strateji baxımdan riskli və dövlət maraqlarına uyğun olmayan bir addımdır, lakin Rusiya ilə tamamilə körpüləri yandırmaq da real-siyasət baxımından eyni dərəcədə təhlükəlidir. Qərblə (ABŞ və Avropa) inteqrasiya ilə Rusiya ilə qonşuluq münasibətləri arasında tarazlıq saxlamaq ən doğru yoldur…
 
Sultan Laçın