"2025-ci ilin dövlət büdcəsinin icrası təsdiq edir ki, ötən il fiskal diversifikasiya meyilləri daha da sürətlənmişdir. Belə ki, qeyri neft-qaz sektorunun dövlət büdcəsinə töhvəsi 20 milyard 356 milyon manat olmuşdur. Bu büdcə gəlirlərinin 52 faizi deməkdir. Göründüyü kimi, fiskal gəlirlərimizdə qeyri neft-qaz sektoru enerji sektoruna nibsətən daha çox paya malikdir".
 




Moderator.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü Plenar iclasında millət vəkili Vüqar Bayramov səsləndirib. 
 
Deputat qeyd edib ki, bu kontesktdən, gəlirlər maddəsi üzrə diqqəti çəkən vacib məqamlardan biri qeyri neft-qaz sektorunun fiskal gəlirlərimizdə payındakı artımlardır:

"2025-ci ildə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 16 milyard 335 milyon manat daxil olub ki, onun da 73.4 faizi qeyri neft-qaz sektorunun payına düşüb. Bu qeyri neft-qaz sektorundan 12 milyard manatdan çox daxil olma deməkdir.
 
2025-ci ildə görmrük orqanları dövlət büdcəsində 6 milyard 369 milyon manat ödəyiblər. İnkişaf etmiş dövlətlərin təcrübəsini nəzərə alsaq gömrük qurumlarının funksiyası fiksal hədəflərdən daha çox iqtisadi təhlükəsizliyin daha da gücləndirilməsidir. 
 
Bu baxımdan, Azərbaycanda da ekosistemdəki mövcud keyfiyyət dəyişikliklərini nəzərə alsaq gömrük xətti ilə fiskal ödənişlərinin azalması iqtisadi baxımdan anlışılan olmalıdır. Digər tərəfdən, dövlətin sahibkarlara güzəşt dəstəyinin genişləndirilməsi də bu istiqamətdə gəlirlərə birbaşa təsir göstərir. Qeyri neft-qaz sektoru üzrə vergi tədiyyə növləri üzrə icra göstəricilərinə diqqət yetirəndə qeyri neft-qaz sektorunda mənfəət vergisi üzrə proqnoza 219 milyon manat və ya 5.3 faiz az əməl edilməsi diqqəti xüsusi cəlb edir. Bu baxımdan, iqtisadi islahatların dərinləşdiyini nəzər aldıqda birbaşa vergilərin payının artırılması prioritet olaraq qalmaqdadır".
 
Millət vəkili vurğulayıb ki, bəzi daxil olma mənbələri üzrə büdcəyə ödənilən vəsaitin məbləğində proqnoza nisbətən kəskin kənarlaşmalar və xüsusən də artımlar qeydə alınıb:
 
"Məsələn, proqnoza nisbətən torpaqların icrayə və idarəetməyə verilməsindən daxil olan vəsait 36.8 faiz, büdcə təşkilatlartın ödənişli xidmətlərdən əldə edilən vəsait 24.0 faiz, sair daxilolmalar büdcəyə ödənilən vəsait 45.5 faiz çox olub. Artımların daha yüksək faiz ilə ifadə olunması birmənalı şəkildə müsbət məqamdır. Bununla yanaşı, həmin maddələr üzrə proqnozlar hazırlanan zaman fundamental dəyişikliklərin tam nəzərə alınması olduqca vacibidr.
 
Xərclər maddəsi üzrə 2025-ci ildə sosial paketin reallaşması xüsusilə qeyd edilməlidir. 2025-ci il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. 
 
Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. Sənədlə tanışlıq göstərir ki, 2025-ci ildə sosial istiqamətə 15 milyard 254 milyon manat ayrılıb. Bu müstəqillik illərində sosial istiqamətə ayrılan ən yüksək məbləğdir.
Xərclər maddələri üzrə əsas dəyişikliklərdən biri əksər xərc maddələri üzrə proqnoza nisbətən daha az vəsaitin xərclənməsidir. Belə ki, ötən iil təhsil xərcləri 5.7 faiz, elm xərcləri 13.2 faiz, səhiyyə xərcləri 4.2 faiz, kənd təsərrüfatı xərcləri 3.1 faiz az vəsait ayrılıb. Büdcə icrası ilə bağlı hesabatda proqnoza nisbətən az xərcləmənin səbəbi hər bir sektor üzrə sifarişlər ilə əlaqələndirilib. 
 
Təbii ki, Maliyyə Nazirliyi tərəfindən xərclərin səmərəliliyin artırılması ilə bağlı həyata keçirilən fəaliyyətlər təqdirəlayiqdir və dəstəklənməlidir. Bununla yanaşı, növbəti büdcə proqnozlarında sifarişlərin öncədən daha konkret nəzərə alınması da vacib olaraq qalmaqdadır.
 
2025-ci ildə işğaldan azad olunan ərazilərimizə 4 milyard 454 milyon manat vəsait ayrılmışdır.  Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı işğaldan azad olunan ərazilərimizdə müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard ABŞ dollarından artıq vəsait ayrıldığını bildirdi.  Dövlət başçımız əlavə etdi ki, bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır. Son rəsmi statistikaya görə, işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 88 123 nəfərə çatıb və 36 492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Azərbaycanın daxili maliyyə mənbələri, dövlət büdcəsi hesabına Qarabağ yenidən qurulur və inkişaf edir".
 
Pərvin Şakirqızı