Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 30-da ölkə vətəndaşlarını rəqs gecəsinə dəvət edəcək.


Bu barədə Moderator.az Ermənistan KİV-inə istinadən xəbər verir.






"Sizi rəqs meydançasına dəvət edirəm. Biz ifa edirik, siz oynayırsınız. Görüş İrəvanda baş tutacaq. Dəqiq yer barədə sonra məlumat verəcəyik", - o sosial şəbəkədə yazıb.


Qeyd edək ki, Paşinyan son vaxtlar zərb alətində ifa etməyə başlayıb. Siyasətçinin sosial şəbəkələrdə öz ifasını əks etdirən videolar paylaşması cəmiyyətdə birmənalı qarşılanmayıb.