İndoneziyanın Cənubi Sulavesi əyalətinin Maros şəhərində "Indonesian Air Transport" şirkətinə məxsus ATR 400 təyyarəsi ilə əlaqə kəsilib.


Moderator.az xəbər verir ki, bu barədə "Detik" xəbər agentliyi məlumat yayıb.






Axtarış-xilasetmə xidmətinin əməliyyatlar şöbəsinin rəhbəri Andi Sultan bildirib ki, təyyarədə 11 nəfər olub.


"Gəmidə səkkiz heyət üzvü və üç sərnişin var", - deyə o, dəqiqləşdirib.


Təyyarə Yogyakartadan Makassara gedirmiş. Təyyarənin dəqiq yeri hələ də məlum deyil.


Xilasetmə xidmətlərinin məlumatına görə, əməliyyata 25 nəfər cəlb edilib və axtarış bir neçə mərhələdə aparılacaq.